SON XƏBƏR

Azərbaycanlı hakerlər erməni nazirin başına oyun açdılar - FOTO

Yanvar 19
13:59 2017
Azərbaycanın "Anti-armenian Team" haker qrupu Ermənistanın keçmiş müdafiə naziri Seyra Ohanyanın "facebook"da rəsmi səhifəsini sındırıb.

Haker qrupu Ohanyanın adından bəyanat yayıb.

S.Ohanyan Ermənistan hakimiyyətini Azərbaycan əsgərinin cəsədini təcili qaytarmağa çağırır.

Qeyd edək ki, ötən ilin 29 dekabrında Azərbaycanla sərhəddə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən əsgər Çingiz Qurbanov şəhid olub. Ermənistan tərəfi bütün beynəlxalq hüquqa zidd olaraq əsgərimizin cəsədini qaytarmaqdan imtina edir.

Mənbə:publika
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook