SON XƏBƏR

Azərbaycanda bu da oldu – Qəbiristanlığa gedib ölüdən borcunu istədi – VİDEO

Yanvar 04
15:53 2018
Son günlər sosial şəbəkələrdə yayılan bir video hər kəsin diqqətini cəlb edib. Bəzi sosial şəbəkə istifadəçiləri "Azərbaycanda bu da oldu” kimi şərhlər yazıblar

Videodan görünür ki, bir nəfər ona borcu olan, borcunu ödəməmiş dünyasını dəyişən tanışının qəbri üstündə şikayət edir, borcunu istəyir.

Bizdə qəbir üstünə gedib şikayət etmək, giley eləmək kimi ənənə var. Dünyasını dəyişmiş adamın ruhunun bu deyilənləri eşidəcəyinə inanılır. Ancaq bu videonu çəkib yayan adamın əlbətdə ki, belə bir niyyəti olmayıb. Onun məqsədi dünyasını dəyişmiş adamın yaxınlarından borcunu istəməkdir. Çünki düşünür ki, onun bu videosunu görən Qaraxanın yaxınları mütləq borcu qaytaracaqlar.

Hər nə məqsədlə olursa olsun, bu hərəkət qəti yolverilməzdir. Qəbiristanlığa gedib ölüdən borcunu istəmək sağlam düşüncənin məhsulu ola bilməz. Bunu ictimailəşdirməyə də bilərdik. Ona görə ictimailəşdirdik ki, qoy hər kəs görsün, cəmiyyətimiz necə bir vəziyyətə gəlib çıxıb, bütün dəyərlərimiz itirilmək üzrədir.

Həmin videonu təqdim edirik. Bunun doğru, yaxud yanlış hərəkət olub-olmamasını dəyərləndirməyi oxucuların ixtiyarına buraxırıq.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook