SON XƏBƏR

Azərbaycanda 18,9 milyonluq obyekt satılır

May 01
13:00 2018
Mayın 7-də  Bakıda "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi”nə məxsus qeyri-yaşayış sahəsi üzrə hərrac keçiriləcək.

Qlobal.Az APA-ya istinadən xəbər verir ki, əmlak kompleksinin hərracı ilkin qiymətindən 50% aşağı olmaqla 18 mln. 872 min manat təşkil edir.

Adı çəkilən əmlak kompleksinin tərkib hissəsi kimi torpaq sahələrinin dəyəri - 5 mln. 268 min 301 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 9 mln. 475 min 413 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 4 mln. 128 min 285 manatdır.

Beh, satış qiymətinin 10%-i miqdarında sifarişçinin depozit hesabına köçürülməlidir.

Fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər təsis sənədlərini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə xarici hüquqi şəxslərin əmlaka daxil olan torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Hərracı udmuş şəxs alış qiymətini 10 iş günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir.

Xatırladaq ki, bundan əvvəl aprelin 9-da "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılıb. Həmin vaxt kompleksə ilkin qiymət 37 744 000 manat qoyulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook