SON XƏBƏR

Ayətullah Xamneyi seçkilərdə səsverdi

May 19
14:56 2017
İranda xalq 12-ci dəfə ölkənin prezidentini seçir.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, prezident Həsən Ruhaninin də namizəd olduğu seçkilərdə 2-si mühafizəkar, 2-si islahatçı olmaqla, ümumilikdə 4 namizəd yarışır.
 
Ölkənin səsvermədə iştirak edən dini lideri Ayətullah Əli Xamneyi 2017-ci il seçkilərinin "kritik” olduğunu söyləyib: "Ölkənin taleyi xalqın əlindədir”.
 
Məlumata görə, 2 namizəd seçkilərdən geri çəkilib. 80 milyon əhalisi olan ölkədə 18 yaşdan yuxarı 56.5 milyon seçici səs verə biləcək.
 
Səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook