SON XƏBƏR

Ali Hərbi Məktəbə ərizə qəbulu başlayır - VİDEO

Mart 30
10:18 2017
Azərbaycanda yeni hərbçilərin hazırlanması prosesinə start verilir

Aprelin 1-dən 2017-2018-ci tədris ili üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ərizə qəbulu başlayır.

Qəbul I ixtisas qrupu üzrə aparılır. Abituriyentlərin Azərbaycan dili, riyaziyyat, fizika, kimya və xarici dil bilikləri yoxlanılır.

İki gündən sonra həmçinin hərbi liseylərə, eləcə də Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi və Hərbi Tibb Məktəbinə ərizə qəbulu olacaq.

Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil müddəti üç ildir. Bura 8-ci sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən test imtahanı verməklə daxil ola bilərlər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook