SON XƏBƏR

Zelenski yeni hərbi strategiyanı təsdiqlədi: Rusiya hərbi düşmən elan edildi

Mart 27
11:11 2021
"Strana” nəşrinin jurnalistləri Ukrayna prezidentinin sakinləri partizan müharibəsinə hazırlaşmağa çağırdığı qənaətinə gəlib. 

Qaynarinfo xəbər verir ki, medianın yazdığına görə, bu, yeni hərbi təhlükəsizlik strategiyasından belə çıxır. Sənəddə geniş militarizasiya və öz ərazisində müharibəyə xüsusi diqqət yetirilir.

Jurnalistlər hesablayıb ki, yeni strategiyada 10 dəfə "müqavimət hərəkatı” sözləri, 34 dəfə "ərazinin müdafiəsi” sözləri təkrarlanıb.

Vladimir Zelenski yeni strategiyanı cümə axşamı günü təsdiqləyib. Bu sənəd NATO-ya qoşulma və ərazinin işğaldan çıxarılması planlarını ehtiva edir. 

Rusiya Federasiyası "hərbi düşmən” adlandırılır. Sənəddə Moskvanın Ukraynanın dövlət suverenliyi üçün təhlükə olduğu bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook