SON XƏBƏR

Zasın başçılıq etdiyi KTMT missiyası Ermənistan TŞ-nin katibi ilə görüşdü

Sentyabr 21
11:34 2022
Təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. 

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir kii, bu barədə KTMT-nin mətbuat xidmətinin məlumatında deyilir.

Missiya öz işinə İrəvanda başlayıb. KTMT Missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.

Nümayəndə heyəti Ermənistana, o cümlədən Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün gəlib. Missiyanın işi çərçivəsində sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistan Respublikasının ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Bundan əvvəl KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu Ermənistanda işini başa çatdırıb. Missiyanın hesabatıyla bağlı heç bir məlumat verilməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook