SON XƏBƏR

"Yeni "referendumlar" Rusiya üçün danışıqlar imkanının qarşısını alır" - Zelenski

Avqust 08
10:42 2022
İşğal olunmuş ərazilərdə keçiriləcək yeni qondarma "referendumlar” Rusiya Federasiyası üçün həm Ukrayna, həm də sivil dünya ilə danışıqlar imkanlarının qarşısını alır.

"Report” "RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciətində deyib.

"İşğalçıların zəbt etdikləri ölkəimizin cənubundakı ərazilərində psevdoreferendumlara hazırlaşmaları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: işğalçılara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs Ukrayna qarşısında cavab verəcəklər”, - o qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə Ukrayna dövlətinin mövqeyi dəyişməz olaraq qalır.

"Biz özümüzdən heç nə verməyəcəyik və əgər işğalçılar bu psevdoreferendumlara əməl etsələr, onda Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını qapayacaqlar ki, bu da nə vaxtsa Rusiya tərəfinə mütləq lazımdır”, - Zelenski əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook