SON XƏBƏR

"Yeni konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq" - Baş katib

İyun 29
12:04 2022
"NATO sammitində Rusiya Alyans üçün birbaşa təhdid sayılacaq və bu, NATO-nun gələcəyini qurmaq üçün plana çevriləcək, yeni Strateji Konsepsiya qəbul ediləcək”.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da sammitə gedərkən bildirib.

"Biz ittifaqımız üçün yeni Strateji Konsepsiya qəbul edəcəyik. Bu, Alyansı gələcəkdə rəqabətli və təhlükəsiz dünyaya aparmaq, onun bir milyard vətəndaşının təhlükəsizliyini təmin etmək planına çevriləcək. Əvvəlki Strateji Konsepsiya 2010-cu ildə qəbul edilib. Orada Rusiya strateji tərəfdaş kimi qeyd olunub. Yeni Strateji Konsepsiyada Alyansın təhlükəsizliyinə əsas təhdid kimi Rusiyanın adı çəkiləcək”, - o vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook