SON XƏBƏR

“Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Deputatdan AÇIQLAMA

May 19
05:57 2021
"Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır.  İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AZTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar. Bununla yanaşı həmin tədbirdə Qarabağ qaziləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də Laçın rayonundan olan sakinlər də iştirak ediblər.”

Bu  barədə Unikal.org-a  haqqında yayılan informasiyalara 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə münasibət bildirərkən deyib.

M. Abbaszadə Laçın rayonunun Güləbird kəndinin Humay adlı şəhidinin olmadığını bildirib: "Həmin ərazidə Humay adlı bulaq var. Amma kəndin Humay Hümbətov adlı şəhidi yoxdur və bulaq da şəhidin adını daşımır. Orada biz yalnız su qəbul etmişik. Bir daha bəzi mətbu orqanlarını haqqımda əsasız məlumatlar yaymamağı çağırıram. Hər hansı bir məlumat yayarkən dəqiqləşmə aparmağı tövsiyə edirəm. Şər və böhtan atmaq yaxşı əlamət deyil.”

Qeyd edək ki, bəzi media orqanlarında çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın  orada olan zaman kef məclisi qurduğu ilə bağlı məlumatlar yayılıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook