SON XƏBƏR

Xüsusi təyinatlı qüvvələrin əsgəri şəhid Ruslan Əsədov (VİDEO)

Yanvar 08
02:52 2021
Vətən müharibəsində öz qəhrəmanlıq hekayəsi olan hərbçilərimizdən biri Samux rayonunun İnistut qəsəbəsində dünyaya gələn Ruslan Əsədovdur. O, ailəsinin tək övladı idi. Hərbi əməliyyatlar başlamadan bir müddət öncə həqiqi hərbi xidmətə yollanır.

O, güclü fiziki göstəriciləri sayəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsində ön cərgələrdə yer alıb qəhrəmanımız. Bir çox çətin döyüşlərdə iştirak edib, torpaqlarımızın azadlığı uğrunda ağır əməliyyatlardan uğurla çıxıb. Son döyüşü isə Murovda olur.

Atası Rövşən Əsədov deyir ki, daima vətəninə bağlı olub. Ən böyük istəklərindən biri də xüsusi təyinatlı qüvvələrdə xidmət etmək olub. Bacısı Leyla Əsədova isə qardaşının xatirələri ilə yaşayır. 

Əsədovlar ailəsində hər zaman orduya böyük maraq olub. Bu maraq Ruslanı daha da hərbiyə ruhlandırıb, orduya olan sevgisini artırıb. Hərbi sahəyə olan həvəs Ruslanı idmana bağlayır. Hələ uşaq yaşlarından karate ilə məşğul olur. Bir çox uğurlar qazanır, nüfuzlu yarışların qalibi olur. İndi Əsədovlar ailəsində bir şəhid adı var. Hansı ki, bu adla bütün Azərbaycan fəxr edir.

Ailənin tək təsəllisi isə Vətən müharibəsində qazanılan qələbə, torpaqlarımızın azad olunmasıdır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook