SON XƏBƏR

Xidmət rəisinin Avropa biznesi

Aprel 26
19:23 2021
2019-cu ildə Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunan Xaqani Rzayevin böyük biznes şəbəkəsinə sahib olduğu iddia edilir.

Bu barədə "rubrika.az" saytı məlumat yayıb. 

Məlumata görə, xidmət rəisinin oğlu İslam Rzayevin Londonda şirkət açıb: "Unison LTD". 

Şirkəti 2012-ci ilin oktyabrında təsis edilsə də, cəmi iki işçisi ilə qısa müddətdə böyük gəlirlərə sahiblənib. Bildirilir ki, X.Rzayevin oğlu əvvəlcə öz şirkətinə 4 illik 92 min funt sterlinq borc verib. Çox çəkməyib ki, onun vəsaiti 652 min funt, yəni 1, 5 milyon manat olub.

Londonda tez-tez yer dəyişən, ayrı-ayrı ofislərə köçən məmur oğlunun şirkət üçün 760 min manata dörd otaqlı mənzil aldığı bildirilir. 

Məmurun digər oğlu Cəbrayıl Rzayevin isə dövlət proqramı ilə xaricdə təhsil aldığı və hazırda Cenevrədə yaşadığı deyilir. 

Rzayevlər ailəsinin qeydiyyat ünvanı kimi Bakının Yasamal rayonu, Mikayıl Müşviq küçəsi 15/17 göstərilir. Həmin ünvanda isə "Məcid - M” MMC fəaliyyət göstərir. 

"Buradan iki nəticə çıxarmaq mümkündür: ya şirkət X.Rzayevə yaxın birinə məxsusdur, ya da Xidmət rəisi həmin ünvandakı əmlakı MMC-yə kirayə verib, bundan da pul çıxarır", - məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, xidmət rəisinin varlanmasında tenderlər də ciddi rol oynayır. 

Maraqlıdır ki, X.Rzayevin barəsində vikipedik məlumatlar belə yoxdur və onun bioqrafiyası, əvvəllər hansı vəzifələrdə işlədiyi haqda informasiya verilmir.

Onun Sumqayıtın icra başçısı Zakir Fərəcovla çalışdığı, korrupsiya əməllərinə görə işindən kənarlaşdırıldığı da vurğulanır. 

Maliyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook