SON XƏBƏR

Xəzər rayonunun başçısından şikayət var

Avqust 24
09:15 2021
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Əhmədli Qardaşxan Elxan oğlunun adına tikilən bulaq susuz qalıb.

Xəzər rayonunda yerləşən şəhid bulağının susuz qalması ilə bağlı yerli icra hakimiyyətinə, "Azərsu” ASC-yə və Prezident Administrasiyasına müraciətlər ünvanlanıb.

Lakin heç bir qurum məsələnin həlli istiqamətində addım atmır.
 
Şikayətçi əsasən Xəzər rayon İcra Hakimiyyənin "seyrçi" olmasından gileylənir.
 
Qlobal.az Xəzər rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənib: "Biz Xəzər rayon İcra Hakimiyyəti olaraq bütün şəhid ailələrini daim diqqətdə saxlayırıq. Şəhid Əhmədli Qardaşxan Elxan oğlunun ailəsinin yaşadığı ünvan Xəzər rayonuna aid olmasa da, rayon icra hakimiyyətinin nümayəndələri və deputatımızla dəfələrlə o ünvanda olmuş, ailənin problem və qayğılarının həlli istiqamətində müəyyən işlər görmüşük. Şəhid bulağının su ilə təminatı məsələsi Xəzər rayon Su-Kanal İdarəsinin imkanları xaricində olduğu üçün bu işi Azərsu ASC həyata keçirəcək. Bununla yanaşı, yerli bələdiyyənin vəsaiti hesabına yaxın zamanlarda şəhid ailəsinin istəyi ilə kiçik həcmli xeyir-şər evi də inşa ediləcək." -deyə, açıqlamada bildirilir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook