SON XƏBƏR

Vətəndaş cəmiyyəti donorlarla azad şəkildə işləməlidir – ABŞ səfiri

Noyabr 22
23:48 2021
ABŞ səfirliyi uzun illərdir verdiyi kiçik qrant layihələrini niyə dayandırıb? ABŞ səfiri Li Litsenberger noyabrın 22-də keçirilən brifinqdə Turan agentliyinin bu sualına cavabda bildirib ki, hazırda Azərbaycanda bu sahədə mühit "həddindən artıq məhduddur”.

"Biz vətəndaş cəmiyyətinin və QHT-lərin donorlarla azad və şəffaf işləyə bilməsinin tərəfdarıyıq. Hazırki vəziyyət buna imkan vermir, bundan Azərbaycan əziyyət çəkir, çünki vətəndaş cəmiyyətini inkişaf etdirə bilmir”, deyə o bildirib.

Turan-ın Azərbaycanda müstəqil KİV-lərin və siyasi məhbusların vəziyyətini qiymətləndirmək xahişinə cavabda səfir qeyd edib ki, ictimaiyyətin baş verənlər haqqında obyektiv təsəvvürə malik olmaq üçün müxtəlif məlumat mənbələrinə çıxışı olmalıdır. ABŞ ənənəvi olaraq media azadlığını dəstəkləyir.
 
Əsas azadlıqlara gəlincə, "biz insanların konstitusion hüquqlarını – toplaşmaq azadlığı və ya söz azadlığı hüquqlarını həyata keçirdiklərinə görə saxlanıldıqlarını və təqib edildiklərini gördükdə narahat oluruq”, deyə səfir bildirib.

Onun sözlərinə görə, bu mövzularda hakimiyyətlə danışıqlar davam etdirilir və müəyyən nailiyyətlər var. "Bu nailiyyətlərin daha da artacağını gözləyirəm”, deyə diplomat bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook