SON XƏBƏR

Vətən Müharibəsinin hər günü dövlətə nə qədər vəsaitə başa gəldi? - VİDEO

Yanvar 06
17:20 2021
Son iki ildə ölkə əhalisinin 42%-ni - 4,2 milyon insanı əhatə edən iki sosial paketin icrası üçün əlavə olaraq 5,3 milyard manat ayrılıb, maaşlar, pensiyalar, müavinətlər və s. əhəmiyyətli dərəcədə artırılıb.

Qlobal.az baku.ws-ə istinadən xəbər verir ki, COVID-19 pandemiyası dövründə əhalinin sosial müdafiəsi və iqtisadiyyata dəstək məqsədilə həyata keçirilən, 5 milyona yaxın vətəndaşı əhatə edən tədbirlər üçün 3,5 milyard manat ayrılıb.

Təkcə son bir ildə yalnız pensiya üzrə əhaliyə ödənilən vəsait əvvəlki illə müqayisədə 1 milyard manat çox olub.

Dövlət pandemiya ilə mübarizə çərçivəsində əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması, müasir laboratoriyaların qurulması, qoruyucu vasitələrin istehsalı, dərman preparatlarının, tibbi avadanlıqların alınması, insanların müalicəsi, vaksinasiyası və s. məsələlərin həlli üçün böyük vəsait sərf etdi.

Sentyabrın 27-də başlamış Vətən Müharibəsinin hər günü dövlətə təxminən 100 milyon manata başa gəldi və ümumilikdə 44 gün ərzində 4 milyard manat həcmində vəsait xərcləndi.

Müharibədən sonrakı dövrdə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi, o cümlədən şəhid ailələrinə, müaribə əlillərinə yardım məqsədilə böyük məbləğdə vəsaitin xərclənməsi nəzərdə tutulur.

Dövlət başçısının ötən ilin sonlarında imzaladığı fərmanlarla şəhid ailələrinin təqaüdlərində 66,7 faizlik, müharibə əlilləri və digər həssas qrupların təqaüdlərində orta hesabla 50 faizlik artımlar edilib, yeni təqaüd növləri təsis olunub. Bu artımlar da ildə əlavə olaraq milyonlarla manat vəsaitin ayrılmasını nəzərdə tutur.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət milyardlarla vəsait sərf edəcək.

Müstəqil tariximizin ən ağır və məsuliyyətli ilində bir vətəndaş kimi dövlətimizə dəstək olaq!
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook