SON XƏBƏR

Vahid Qazinin “Çöl Qala”sı oxuculara təqdim olunacaq

May 05
08:10 2016
Mayın 7-də Bakıda publisist Vahid Qazinin "Çöl Qala” kitabının təqdimatı keçiriləcək.
 
"Qız Qalasında Çöl Qala” adlı təqdimat mərasimi saat 12-də İçərişəhərdə "Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə olacaq. Mağaza Qız qalasının arxasında, Karvansaraya gedən yolun üstündə, Qüllə küçəsi, 10 ünvanında yerləşir.
 
Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində filosof Ağalar Məmmədovun, yazıçı Mehriban Vəzirin, ədəbi tənqidçilər İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda rəyləri verilib.
 
"Sabahların sahibi bu günün azad gəncliyinə həsr olunan” povest müasir insan həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdə yaşanan virtual həyatdan bəhs edir. İnsanları bura çəkən hansı istəkdir, qüvvədir? Asılılıq dərəcəsinə çatan bu vərdişin səbəbi nədir? İnsan real həyatdan yorulub bəlkə? Bəlkə bəşəriyyət gələcək virtual həyata beləcə "köçür” aramla? Otuz, əlli, yüz il sonranın insanı hansı dünyada yaşayacaq? Ola bilsin, biz o virtual aləmin pionerləriyik, xəbərimiz yoxdur? (Türküstan.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook