SON XƏBƏR

Vahid Əhmədovun səhhətindən xəbər var

İyul 07
12:09 2020
Hazırda Türkiyədə müalicə olunan Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti normaldır.

Bunu Qaynarinfo-ya açıqlamasında deputatın köməkçisi Arif Orucov deyib. O bildirib ki, Vahid Əhmədov yaxın günlərdə Bakıya qayıdacaq:

"Müalicə olunur. Hər il müalicə alırdı. Bu il Milli Məclisin iclasları uzandı. Ona görə də müalicəsi gecikdi. Hazırda səhhəti normaldır".

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti ağırlaşıb. Deputat təcili olaraq Türkiyəyə aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook