SON XƏBƏR

ULU ÖNDƏRin xatirəsinə futbol turniri - Fotolar

Dekabr 11
20:56 2015
11 dekabr 2015-ci il tarixdə Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
 
Qlobalinfo.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır. Qeyd edək ki, turnirdə 11 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, "Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, "ADA” Universitetinin, "Təfəkkür” Universitetinin, "Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin və Bakı Kooperasiya Kollecin komandaları.
 
Turnirdə I yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, II yeri Azərbaycan Turizm və Menecment Universitetinin komandası, II yeri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası tutub. Turnirin mükafatlandırma mərasiminindən öncə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Qalib komandalar İdarə tərəfindən diplom, fəxri fərman və medallar ilə təltif ediliblər.
 

 

 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook