"Ukraynanın cənub-şərqində vəziyyət çox çətin olaraq qalır” - Conson
İyun 27
15:34
2022
Ukraynada hərbi vəziyyət çox çətin olaraq qalır, amma ukraynalılar Rusiyanın hücumlarına qarşı döyüşürlər.
"Ölkənin şərqində və cənub-şərqində vəziyyət çox çətin olaraq qalır, amma ukraynalılar (Rusiya qüvvələrini) geri oturtmağa və hərbi vəziyyəti dəyişməyə dair inanılmaz qabiliyyətə malik olduqlarını göstəriblər”, - Conson bildirib.
Conson vurğulayıb ki, G7 liderləri arasında "Ukrayna yorğunluğu” yoxdur və ölkələr Kiyevin Rusiyaya qarşı dəstəklənməsinə sadiqdirlər.