SON XƏBƏR

“Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub” - Pentaqon rəhbəri

Aprel 26
13:32 2022
"Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”.

"Report” "Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Almaniyanın Ramşteyn aviabazasında keçirilən iclasında deyib.

"Tərəflər Ukraynanı müdafiə etməlidirlər. Biz Ukraynanın qalib gələcəyinə inanırıq”, - Pentaqon rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millinin sözlərinə görə, toplantının əsas məqsədi Kiyevə hərbi yardımın koordinasiyasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook