SON XƏBƏR

Ukraynada İran istehsalı olan “Mohajer-6” pilotsuz təyyarə endirilib

Oktyabr 04
03:08 2022
Ukraynada hərbçilər Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan "Mohajer-6” hücum pilotsuz təyyarəsini endirməyə nail olublar.

"Report” "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Budur, Odessaya hücumu koordinasiya etmək üçün bir neçə gün əvvəl buraxılan İranın "Mohajer-6” pilotsuz təyyarəsi”, - məlumatda deyilir.

Pilotsuz uçan aparat kəşfiyyat, müşahidə, kəşfiyyat və atəş nöqtələrini məhv etmək üçün nəzərdə tutulub. PUA dəqiqliklə idarə olunan dörd sursat daşıya bilir.

"Mohajer-6”nın maksimal uçuş çəkisi 600 kq, faydalı yükü 100 kq və uçuş məsafəsi 200 km-dir. Uçuş müddəti 12 saat olan PUA-nın maksimal hündürlüyü isə 5400 metrdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook