Türkiyənin Vitse-prezidenti: “Qarabağdakı dağıntıları aradan qaldırmağı əsas vəzifə hesab edirik”
May 28
02:28
2022
"Ötən il prezidentlərimizin imzaladığı "Şuşa Bəyannaməsi” ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmaq iradəmizi qətiyyətlə təsdiqlədi. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal illərinin izlərini silməyi, dağıntıları aradan qaldırmağı və bölgəni şərəfli illərinə qaytarmağı özümüzə başlıca vəzifə bilirik”.
"Report” xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
"Bütün aidiyyəti qurumlarımız işğaldan azad edilmiş ərazilərin müasir şərtlərə uyğun yenidən qurulması, zədələnmiş infrastrukturun və yolların bərpası, rabitə və enerji xətlərinin yenilənməsi, hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq üçün azərbaycanlı qardaşlarımızın yanındadır.