SON XƏBƏR

Türkiyənin 2 hərbçisi şəhid olub

İyun 23
11:14 2022
Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

"Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook