SON XƏBƏR

Türkiyədə hərbi bazaya hücum edilib

May 19
06:04 2021
Türkiyənin Diyarbəkir vilayətində Hərbi Hava Qüvvələrinə məxsus 8-ci hərbi bazaya hücum edilib.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iki maket təyyarə ilə edilən hücumun qarşısı alınıb, hərbi bazaya heç bir ziyan dəyməyib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə bildirib ki, hərbi bazanın üzərində iki maket təyyarə zərərsizləşdirilib, şəxsi heyət arasında xəsarət alan yoxdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook