SON XƏBƏR

Türkiyədə daha üç terrorçu təslim oldu

İyun 29
05:55 2020
Biri axtarışda olan daha üç terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
 
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, təslim olan şəxslər terror təşkilatına 2013-cü ildən daxil olublar.
 
Beləliklə, bu il yanvarın 1-dən bəri təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 92 nəfərə çatıb.
 
Nazirliyin digər məlumatında bildirilir ki, Vanın Çatak rayonu ərazisində aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib. Onlar iyunun 8-də Belbuka yaylağında işçiləri daşıyan maşının keçdiyi yolda partlayış törətməklə iki nəfərin ölümünə səbəb olan terrorçulardır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook