SON XƏBƏR

Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdi

Aprel 24
18:58 2021
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri zərərsizləşdirilib.

PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

Terror təşkilatına 1999-cu ildən Yunanıstandan qatıldığı bildirilən Dalokay Şanlının Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook