"Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub" - Rəşad Nəbiyev
May 26
17:53
2022
Elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunub.
"Hər bir ölkənin prioritetlərindən, milli təhlükəsizlik baxışlarından irəli gələn konkret baxışları var. O baxışları nəzərə alaraq hesab edirik ki, bu sahədə də kifayət qədər geniş əməkdaşlıq mövqelərimiz mövcuddur. Bütün bunları labüd edən, icrasını asanlaşdıran istiqamətlərdən biri də elektron İmzanın unifikasiyası – yəni ona vahid baxışın daha da dərinləşdirilməsidir. Türkiyə Respublikası ilə bu sahədə danışıqlarımız gedir, ilkin razılaşmalar var.
Hesab edirəm ki, bu sahədə də dövlətlərimiz kifayət qədər əhəmiyyətli əməkdaşlıq edə bilərlər.