"Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib" - Hulusi Akar
Oktyabr 23
13:24
2021
Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna start verib.
Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib.
O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb:
"Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".