SON XƏBƏR

“Torqovı”da ərəb turist bıçaqlanıb

Dekabr 08
03:32 2021
Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində ("Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook