SON XƏBƏR

Təhsil naziri sabah məktəblərlə bağlı açıqlama verəcək

Sentyabr 06
14:53 2021
Yeni tədris ilinin başlanmasına bir həftə qalsa da, hələ də ictimaiyyətə qaydalarla bağlı heç bir açıqlama verilməyib. Bu səbəbdən jurnalistlər müxtəlif mənbələrdən əldə etdikləri informasiyaları yayır. Təhsil Nazirliyi isə öz növbəsində həmin informasiyaları yalnız təkzib etməklə kifayətlənir.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bir qədər əvvəl sosial şəbəkələrdə təhsil naziri Emin Əmrullayevin sabah suallara cavab verəcəyini bildirib.

Qeyd edək ki, sabahkı tədbirin də hansı formatda keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook