Təhsil naziri: Məktəbəhazırlıq qruplarının 94 min şagirdi I sinfə yerləşdirilib
Aprel 28
06:18
2021
"Bu gün birinci siniflərə qəbul prosesinə start verilib. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir.
Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib".
"Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.