Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb
Mart 31
11:10
2021
Bu gündən təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur.
Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək. Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.
İdarədən bildirilib ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.