SON XƏBƏR

Tehranın İrəvandakı səfiri Azərbaycanla sərhəddə: İran bununla nə mesaj verir?

Avqust 04
18:36 2021
"İranın İrəvandakı səfirinin bu hərəkəti əslində ölkəsinin Azərbaycana yönəlik xəbərdarlıq mesajıdır. Bununla Tehran Bakıya bildirmək istəyir ki, İranla münasibətləri onların özlərinə lazım olan səviyyəyə qaldırsınlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov İranın Ermənistandakı səfiri və səfirliyin hərbi attaşesinin Kəlbəcərlə sərhəddə yerləşən erməni hərbi hissələrinə baş çəkmələrinə münasibət bildirərkən deyib. Politoloq bildirdi ki, son aylar Ermənistan kütləvi informasiya vasitələrində Tehran-İrəvan əlaqələrinin soyuması barədə məlumatlar yayılıb: 

"Yazırlar ki, İran Ermənistana əvvəlkitək isti münasibət bəsləmir. Bu mənada İranın Ermənistandakı səfir və hərbi attaşesinin sözügedən sərhəd zonasına səfəri əlaqələrin soyuması barədə yayılan məlumatların həqiqəti əks etdirməməsini göstərmək məqsədi daşıyır. İran bununla əvvəlki tək Ermənistanı dəstəkləməkdə davam edəcəyini göstərir”. 
 
Həmsöhbətimiz qeyd edib ki, ABŞ və Rusiyanın İrəvandakı səfirlərinin oxşar addımlarının ardınca Ermənistanda oturan Tehrandan olan diplomatlar anoloji addım atmaqla İranın da bölgədə marağının olduğunu ortaya qoyublar: 

"Bu səfər həmçinin Rusiya və ABŞ-ın Ermənistandakı səfirlərinin daha əvvəl atdıqları anoloji addım fonunda İranın da özünü onlara oxşatmaq cəhdidir. Bununla Tehran bildirmək istəyir ki, İran da bölgədə marağı olan dövlətlərdəndir”. 

Ə. İbrahimov düşünür ki, buna cavab olaraq İranın Bakıdakı səfiri də Azərbaycanın Ermənistanla sərhəd ərazilərinə səfər etməlidir:

"Düşmən ölkədəki İran səfirinin belə səfərləri Azərbaycan üçün ciddi təhlükə törətməyə bilər, əgər bu cənub ölkəsinin Azərbaycandakı səfiri də adekvat addım atsa. Yəni buna cavab olaraq İranın Azərbaycandakı səfiri də Qarabağa və Azərbaycanın Ermənistanla sərhəd zonasına səfər etməlidir”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook