SON XƏBƏR

Tehranda “3+3” formatında ikinci görüşdə müzakirə ediləcək məsələlər dəqiqləşdirilir

İyul 20
14:25 2022
İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, "3+3” əməkdaşlıq formatının əhəmiyyətindən də danışıb və əlavə edib ki, əməkdaşlıq formatının ikinci iclasının Tehranda keçirilməsinə dair siyasi razılıq əldə olunub.

"Bu format çərçivəsində keçiriləcək iclasda müzakirə ediləcək məsələlər dəqiqləşdirilir və proses üçün zamana ehtiyac var”, - XİN rəsmisi vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook