SON XƏBƏR

Tanınmış qadın professor vəfat etdi

İyun 21
10:56 2022
Azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-ın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.

2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook