SON XƏBƏR

“Taliban” Pakistan valyutasının istifadəsinə qadağa qoydu

Oktyabr 05
12:46 2022
"Taliban” oktyabrın 1-dən etibarən Əfqanıstanda Pakistan valyutası olan Pakistan rupisinin istifadəsinə qadağa qoyulmasını əmr edib.

"Khaama Press” xəbər verir ki, "Taliban” Kəşfiyyat Agentliyinin Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Şöbəsi Pul Mübadilə Satıcıları Assosiasiyasına Əfqanıstanda maliyyə əməliyyatlarında Pakistan rupisindən istifadənin tamamilə qadağan edildiyinə göstəriş verib.

Köçürmələr, ticarət və valyuta mübadiləsi daxil olmaqla bütün maliyyə əməliyyatlarına icazə verilmir.

Sarafi-e-Şahzadada pul mübadilə edənlərə ümumi məbləği 500.000 rupidən çox olan əməliyyatlar aparmaq qəti qadağandır. Müəyyən edilmiş məbləğdən artıq aşkar edildiyi təqdirdə qanuni tədbirlər görüləcək.

"Taliban”ın son addımı Əfqanıstandakı bəzi yerli əhalinin və tacirlərin gündəlik xərclər və ərzaq alışı üçün Pakistan rupisindən istifadə etdiyi bir vaxta təsadüf edir. Pakistana bitişik əyalətlərdə əfqan pul vahidi əfqandan daha çox Pakistan rupisindən istifadəyə üstünlük verilir, çünki onlar rupinin əfqanəyə çevrilməsində 10 faiz itki ilə üzləşə bilər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook