SON XƏBƏR

TAİB nümayəndələrinə Qırğızıstanda yüksək ehtiram - "Manas" rektoru adından ziyafət verilib - Fotolar

İyun 11
14:48 2022
Türk Ağsaqqalları Birliyi – TAİB nümayəndələrinin Qırğızıstana səfəri davam edir.

Qlobal.az Missiya.az saytına istinadla xəbər veri ki, Bişkekdə yüksək ehtiramla qarşılanan TAİB təmsilçiləri bu gün də Qırğızıstan-Türkiyə "Manas” Universitetində bir sıra görüşlər keçirib, yerli KİV orqanlarına müsahibələr veriblər. Sabah isə TAİB nümayəndələri Piramida Media Holdinqin qonağı olacaq, Qırğızıstanın məşhur telakanllarından olan Piramida TV-nin canlı efirində, həm təşkilatın fəaliyyyəti, həm də iyunun 13-də keçiriləcək birgə konfrans barədə müsahibə verəcəklər.

Dünən günün sonunda TAİB-in nümayəndə heyətinin şərəfində "Manas” Universitetinin rektoru Alpaslan Ceylanın adından ziyafət verilib. Qırğız adət-ənənlərinə uyğun şəkildə və tərtibatda təşkil olunmuş ziyafət səmimi söhbətlərlə də diqqət çəkib. 

Xatırladaq ki, iyunun 13-də Bişkekdə Türk Ağsaqqalları Birliyi – TAİB, Qırğızıstan-Türkiyə "Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş, "Tarix yazan liderlər” mövzusunda konfrans keçiriləcək.
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook