SON XƏBƏR

Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı 55-ə çatdı

May 06
06:47 2021
Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişə nəticəsində ölkənin 36 vətəndaşının həlak olduğunu bildirib.

"Report” xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölənlərin 3-ü hərbi qulluqçudur. Münaqişə zamanı daha 183 nəfər xəsarət alıb.

Eyni zamanda Tacikistan mətbuatı da münaqişə nəticəsində ölkənin 19 vətəndaşının həlak olduğunu, 88 nəfərin xəsarət aldığını bildirib. Bildirilir ki, həlak olanlardan 9-u hərbi qulluqçudur.

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev daha əvvəl bildirib ki, iki ölkə mayın 9-a qədər 112 kilometrlik ümumi sərhəd xəttini çəkəcək. Onun sözlərinə görə, sərhədin bir neçə mübahisəli məntəqəsi razılaşdırılıb.

İki ölkənin prezidentləri yaxın vaxtlarda görüşəcək və razılaşmanı imzalayacaqlar, bundan sonra demarkasiya keçiriləcək.

Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 970 kilometrdən çoxdur. Bu məsafənin 504 kilometri demarkasiya edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook