Şuşada beynəlxalq konfrans keçirilir
May 19
14:41
2022
Şuşa şəhərində "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
"Report” xəbər verir ki, konfransın açılışında mədəniyyət naziri Anar Kərimov, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev və başqaları iştirak edirlər.
Tədbirdə həmçinin "Mədəniyyət naminə sülh” proqramının ICESCO–ya daxil olan məsələlər planı müzakirə ediləcək.