SOCAR-a yeni Baş geoloq təyin olunub
Yanvar 17
18:55
2022
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib.
Bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, A.Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində "Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində "Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.
O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif olunub.