SON XƏBƏR

Şennak jurnalistə hücumu pislədi: "Xəbəri eşidəndə şok oldum"

May 10
05:31 2022
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalist Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcək. 

Bu barədə Turan-a AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak bildirib.

"Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu msələni araşdıracayıq", - deyə o bildirib. 

Onun sözlərinə görə, tezliklə AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar.

"Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcək", - deyə Şennak qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook