SON XƏBƏR

Şəkidə 15 yaşlı qızı ərə verdilər: Valideynlər polisə çağırıldı

İyul 13
12:37 2021
Şəkidə 15 yaşlı qız ərə verilib. Bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə Şəkinin Dəhnə kəndində baş verib. 15 yaşlı Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi haqda məlumatlar var.  

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Modern.az-a açıqlama verib.

O bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında mətbuata ətraflı məlumat veriləcək.
 
***
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Report"a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook