SON XƏBƏR

Şəhidlər Xiyabanı yaxınlığındakı gecə klubu bağlanacaqmı? - VİDEO

May 23
11:13 2022
Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb. Sakinlər gecə klubunun açılmasına etiraz ediblər. Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı "ARB TV"yə açıqlama verən yerli sakinlər bildirib ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi. Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb şəhərin başqa yerinə köçəcəklər.
 

 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook