SON XƏBƏR

Şəhid Orxan Cabbarovla vida mərasimi keçirilir

Noyabr 18
12:09 2021
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.

Şəhidin doğulub boya-başa çatdığı evdəkeçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət eləsin!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook