SON XƏBƏR

Səfir: Cənab Makron, Fransaya ayıb olsun!

Sentyabr 19
08:52 2022
Bu gün radikal erməni millətçi ünsürləri Azərbaycanın Parisdəki səfirliyinə hücum edib. Bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev məlumat verib.

"Erməni fanatikləri Azərbaycanın Fransadakı səfirliyinin binasına basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumadığına və təhlükəsizliyimizlə bağlı qanuni istəklərimizə məhəl qoymadığına görə Fransaya ayıb”, – səfir tvitində yazıb.

O, əllərində Ermənistan bayraqları olan bir qrup adamın səfirliyin binasına basqın etməsini əks etdirən videogörüntüləri də yayıb.
 
Ötən gün aqressiv izdiham Azərbaycanın Beyrutdakı səfirliyinə də basqın etməyə cəhd edib. Sosial şəbəkələrdəki görüntülərə görə, Livan polisi çətinliklə onun qarşısını alırdı.

Dünən Tbilisi polisi aqressiv ermənilərin Azərbaycanın Gürcüstandakı səfirliyinə yaxınlaşmasına imkan verməyib.

3 gün əvvəl radikal ermənilər Vaşinqtondakı Azərbaycan səfirliklərini mühasirəyə alıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook