SON XƏBƏR

Səfər Mehdiyev Ehtiram Xəlilovun yerinə təyinat etdi

İyun 22
18:39 2022
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinə yeni direktor təyin edilib.

Bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.

Qeyd edək ki, DGK-nin "Azərterminalkompleks" birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov bu gün işdən çıxarılıb.

***

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.

Bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində Ehtiram Xəlilov həbs edilib. //unikal.org//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook