SON XƏBƏR

Sarkisyana cinayət işi açıldı

Oktyabr 12
21:19 2021
Sabiq prezidentin kazinolarda 100 milyon dollar xərclədiyi iddia olunur.
 
"Sputnik Ermənistan"ın oktyabrın 12-də verdiyi məlumata görə, Ermənistanın Xüsusi İstintaq Komitəsi ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə qanunsuz səfərləriylə bağlı cinayət işi açıb.
 
İstintaq Komitəsi prezident təyyarəsinin 2008-2017-ci illər arasında Baden-Badenə qeyri-işgüzar səfərlər etdiyini açıqlayıb.
 
Oktyabrın 8-də Komitə respublikanın Baş Prokurorluğundan cinanət işi üçün materialları əldə edib.
 
"Materialların hazırlanması zamanı məlum olub ki, təyyarə Baden-Baden şəhərinə səfər etmək üçün Almaniya Federativ Respublikasının Kralsrue hava limanına dəfələrlə reys edib. Səfərlər zamanı qəbul edilmiş rəsmi prosedurlar pozulmuşdur", - deyə Komitədən bildirilib.
 
Məsələ ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin 308,2 maddəsiylə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb.
 
Avqustun 25-də Ermənistan parlamentində "Mənim addımın" fraksiyasının deputatı Xaçatur Sukiasyan bəyan etmişdi ki, Serj Sarkisyan Baden-Badenin kazinolarında 100 milyon dollar xərcləyib. 

Bundan sonra S.Sarkisyan Suikasyanı və parlament apparatını məhkəməyə vermiş, mənəvi təzminat tələb etmişdi.
 
Bundan əvvəlki açıqlamalarında isə Sarkisyan Baden-Badenə səfərlər etdiyini, ancaq bunların sırf sağlamlıq və mədəniyyət məsələləriylə əlaqədar olduğunu demişdi.
 
Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook