Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevə təbrik məktubu ünvanlayıb
May 23
13:52
2022
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Bu gün Azərbaycan Respublikası millətlər birliyində xüsusi yer tutur. Ölkə xalqın rifah səviyyəsinin və beynəlxalq aləmdə nüfuzunun daim artmasına səy göstərərək uğurla inkişaf edir.
Bakının xarici siyasət vektoru ölkənin milli maraqlarına xidmət edir, daxili potensialını artırmağa və tərəqqi yolu ilə irəliləməsinə imkan yaradır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Təşkilatın gündəliyində duran məsələlərə maraq göstərmək və ŞƏT ilə dialoqda tərəfdaş qismində fəal iştirak etmək dövlətin statusunun yüksəlməsinə, həmçinin ŞƏT çərçivəsində bundan sonrakı səmərəli əməkdaşlığa zəruri şərait yaradacaq.