SON XƏBƏR

Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir - VİDEO

Avqust 15
01:00 2022
Samur-Abşeron su kanalında antisanitar vəziyyət hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, su kanalı zibil və çirkabın içindədir.

Kanalınn Novxanı-Görədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir. Sakinlər bildirirlər ki, səbəb əraziyə zibil konteynerlərinin qoyulmaması, bəzi sakinlərin, eləcə də Novxanı çimərliyinə gedənlərin  zibil tullantılarını bu kanala atmasıdır. 

Məsələyə münasibət bildirən "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov problemdən  xəbərdar olduqlarını və sözügedən kanalın mütəmmadi olaraq təmizləndiyini deyib.

Dilqəm Şərifov onu da bildirib ki, həmin kanalın Novxanı çimərliyinə aidiyyəti yoxdur. Sadəcə olaraq kanal Novxanı çimərliyinə gedən yolun  üzərində yerləşir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook