SON XƏBƏR

Saleh Rüstəmlinin azad edilməsi üçün məhkəməyə ərizə verildi - AÇIQLAMA

Dekabr 06
11:32 2021
Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı vəkilləri Aqil Layıc və Bəhruz Bayramov Nizami Rayon Məhkəməsinə rəsmi ərizə təqdim ediblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə Aqil Layıc feysbukda yazıb.

Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook